Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsti suyun qiyməti dəyişəcək?
İsti suyun qiyməti dəyişəcək?
31 Dekabr 2016 / 15:31 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4
Sabahdan  isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar sabah, 1 yanvar 2017-ci ildən qüvvəyə minir.
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya açıqlamasında bildirib ki, qərarda söhbət mərkəzi isitmə sistemindən getmir, mərkəzi isitmə sistemi ilə istiliklə təmin edilən yaşayış binaları və sosial obyektlər üçün tarif olduğu kimi qalır. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə mərkəzi istilik xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bundan sonra da tənzimlənəcək: “Sadə dildə desək, “otoplenie” olan yaşayış binaları və sosial obyektlərə istilik xidmətləri yenə də dövlət tərəfindən tənzimlənəcək və bu sahədə qiymətlər dəyişməyib. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə 1 m2 yaşayış sahəsi üzrə istilik xidməti aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpikdir. Bu qiymətlər olduğu kimi qalır”.
R. Əliyev bildirib ki, söhbət sadəcə gələn il yanvarın 1-dən isti su tariflərinin dövlət tərəfindən tənzimlənmədən çıxarılmasından gedir: “Burada söhbət hamamda, mətbəxdə işlədilən isti sudan gedir. Ümumilikdə götürüləndə, Azərbaycanda belə isti su ilə təmin olunan binaların xüsusi çəkisi 2 faizdən artıq deyil. Rəqəmlə ifadə etsək, respublika üzrə cəmi 261 yaşayış binasına isti su verilir. Bu binaların da 129-u Bakıda yerləşir. Regionlarda isti su verilən binalar isə əsasən məcburi köçkünlər üçün tikilən binalardır. İsti su ilə təmin olunan səhiyyə, təhsil müəssisələrinin xüsusi çəkisi isə çox cüzidir, heç 1 faizə də çatmır. Bu müəssisələrin mütləq əksəriyyətində isti su əldə edilməsi ilə bağlı müstəqil, daxili sistem var. Beləliklə, söhbət yalnız respublika üzrə 261 yaşayış binasına və 1 faizə belə çatmayan sosial obyektlərə verilən isti sudan gedir. Bu gün isti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik, qeyri-əhali qrupu üçün isə isti suyun 1 kub metr 1 manat 50 qəpikdir. Digər tərəfdən, burada söhbət heç də yanvarın 1-dən mütləq isti suyun qiymətinin artmasından da getmir. Sadəcə, yanvarın 1-dən isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə