Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN: İstanbul terrorunda Azərbaycan vətəndaşının yaralandığı barədə məlumat daxil olub – YENİLƏNİB
XİN: İstanbul terrorunda Azərbaycan vətəndaşının yaralandığı barədə məlumat daxil olub – YENİLƏNİB
01 Yanvar 2017 / 11:35 / Baxış sayı: 1106
Font1 Font2 Font3 Font4

İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub.

Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

***

saat 11.03

İstanbulda törədilmiş terror aktında ölən və yaralananlar arasında  Azərbaycan Respublikasının vətəndaşlarının olub-olmaması faktı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq dövlət orqanları ilə araşdırılır.

Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər hansı məlumat olduğu təqdirdə, bu barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı  İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub.  Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə