Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İDEAL”ın baş direktoru istefa verdi – SƏBƏB
“İDEAL”ın baş direktoru istefa verdi – SƏBƏB
01 Yanvar 2017 / 12:20 / Baxış sayı: 1092
Font1 Font2 Font3 Font4

Məşhur parfum və kosmetika mağazaları şəbəkəsi “İDEAL”ın baş direktoru İlqar İsmayılov istefa verib.

Bu haqda İsmayılov özü məlumat verib. O qeyd edib ki, mənəvi dəyərlərimi qorumaq üçün bu addımı atmalı olub:

“Sevimli “İdeal” ailəsi, əziz və dəyərli dostlarım! Yeni ilinizi təbrik edirəm. Sizi tanıdığıma, 18 il boyunca sizlə birlikdə çalışdığıma görə Allaha çox şükürlər edirəm.

Əzizlərim, doğmalarım! Sizlərlə bir qərarımı bölüşmək istəyirəm, yazmağı belə ağır olsa da. Qısa 1 zaman kəsiyində “İdeal” şirkətinin baş direktoru vəzifəsindən istefa vermək qərarını verdim. Səbəblər müxtəlifdir, ən əsası-mənəvi dəyərlərimi qorumaq vacibiyyətindən qaynaqlanır.

Qərarımı anlayışla qarşılayacağınıza ümid edirəm, məni qınamayın. Şirkətimizin sektorda lider qalması üçün, 504 nəfər ailə üzvümüzün maddi və mənəvi haqlarının qorunması üçün əlimdən gələni əsirgəmədiyimə qətiyyən şübhəniz olmasın. Sizi çox sevirəm, şəxsim üçün olduqca dəyərlisiz!”(Qafqazinfo)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə