Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah hava küləkli olacaq
Sabah hava küləkli olacaq
01 Yanvar 2017 / 12:39 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi  gündüz cənub küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz  5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz  6-8° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 765 mm civə sütunu, nisbi rütubət  gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi  yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə