Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2016-cı ildə ən çox qazanan azərbaycanlı milyader
2016-cı ildə ən çox qazanan azərbaycanlı milyader
01 Yanvar 2017 / 13:57 / Baxış sayı: 1216
Font1 Font2 Font3 Font4

Azərbaycanlı milyarder sərvətini 5,3 mlrd. dollar artırıb

Azərbaycan əsilli Rusiya milyarderi Vahid Ələkbərov 2016-cı ildə sərvətini 5,3 mlrd. ABŞ dolları civarında artırıb.

IstiPress-in “Bloomberg Billionaires Index”ə istinadən verdiyi xəbərə görə, bununla da V.Ələkbərovun sərvəti 78,2% artaraq 12 mlrd. dollara çatıb.

Məlumata görə, hazırda “LUKoil” rəhbəri dünyanın ən zəngin 200 nəfərin siyahısinda 82-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu il sərvətini ən çox artıran milyarderlər siyahısına Uorren Baffet (Warren Buffet), Bil Geyts (Bill Gates) və Harold Hamm başçılıq edirlər. Ümumi sərvəti 73,1 mlrd. dollar olan U.Baffet 10,8 mlrd. dollar, B.Geyts 8,9 mlrd. dollar, H.Hamm isə 8,1 mlrd. dollar qazanıblar.

Nəticədə, B.Geytsin sərbəti 90,6 mlrd. dollara, H.Hammın isə 15 mlrd. dollara çatıb. V.Ələkbərov ötən ilin eyni dövrü ilə müqayisədə (Year To Date – YTD) sərvətini artıran milyarderlərin siyahısında faiz nisbətində 3-cü, məbləğ nisbətində isə 11-ci yeri tutur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə