Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkmənistan İrana təbii qaz ixracını dayandırıb
Türkmənistan İrana təbii qaz ixracını dayandırıb
02 Yanvar 2017 / 11:52 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

Türkmənistan İrana təbii qaz ixracını dayandırıb. Bu barədə İranın Dövlət Neft-Qaz Şirkəti (NIGC) məlumat yayıb.

Məlumata görə, türkmən qazının tədarükü yanvarın 1-dən dayandırılıb.

İran Türkmənistandan ildə 700 milyon kubmetr qaz alırdı ki, bu da ölkənin şimal əhalisinin tələbatını ödəyirdi.

NIGC Aşqabadın qərarının İranın şimal rayonlarında soyuq havaların düşməsi dövrünə təsadüf etdiyinə diqqət çəkib.

Tehran hazırda qaz kəsirini öz ehtiyatları hesabına doldurmaq niyyətindədir.

Türkmənistan tərəfi bu qərarını Tehranın qazın qiymət fərqini ödəmək istəməməsi ilə əsaslandırır, İran isə Aşqabada borcunun olmadığını bəyan edir. (“Report”)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə