Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İstanbuldakı terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır
İstanbuldakı terrorda ölən Nuranə Həsənova Rusiya vətəndaşıdır
02 Yanvar 2017 / 15:14 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib. Bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yer alan məlumatda deyilir:  “İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”. 

Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə