Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Ermənistanı xəritədən siləcək
Tramp Ermənistanı xəritədən siləcək
02 Yanvar 2017 / 22:14 / Baxış sayı: 3640
Font1 Font2 Font3 Font4

“ABŞ Cənubi Qafqazda mövqelərini radikal dəyişəcək – kiməsə güzəştə gedəcək, kimisə radikallaşdıracaq, amma Ermənistan siyasi xəritədən silinəcək”.

İstiPress-in məlumatına görə, bu barədə erməni ekspert, Qarabağ hərəkatının keçmiş liderlərindən biri İqor Muradyan bu gün yazdığı məqaləsində bildirib.

“Ermənistan silahlı qüvvələri başını itirəcək. Ermənistan ordusu Azərbaycana qarşı müdafiə məsələsini müstəqil şəkildə həll etmək qabiliyyətini itirəcək”, – deyə Muradyan vurğulayıb.

Muradyan bu proqnozlarının Trampın prezident seçilməsi ilə bağlı olduğunu bildirib: “Mümkündür ki, vassala çevrilmiş və ABŞ-ın yardımından yararlana bilməyən kiçik ölkələrin vəziyyəti dəyəşəcək. Suverenliyini itirmiş Ermənistan da belələrindəndir  ABŞ Ermənistana necə yanaşmalıdır? Heç cür, Ermənistanının bütün şans və gözləntiləri tükənir. Onu daha çox müstəmləkələşmək, yoxsulluq, siyasi və hərbi köməksizlik gözləyir”.

Qeyd edək ki, ABŞ-ın erməni lobbisi ənənvi olaraq Demokratlar Partiyasını dəstəkləyir. Bu dəfə də səslərini Hillari Klintona veriblər. Klinton ailəsi ənənəvi ermənipərəst mövqeyi ilə tanınır. Bill Klinton 1997-ci ildə Madrid görüşündə Azərbaycana qeyri-rəsmi şəkildə təzyiq göstərərək Ermənistanın xeyrinə sənədə qol çəkməyə vadar etmək istəmişdi. Lakin mərhum Heydər Əliyev onda yanına gəlmiş Albert Qoru qovaraq bunun üstündən xətçəkmişdi. Hillari Klinton isə dövlət katibi olanda hər gün Qarabağdan məlumat alırmış.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə