Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu qurğu aeroportda təhlükəli sərnişinləri müəyyənləşdirəcək
Bu qurğu aeroportda təhlükəli sərnişinləri müəyyənləşdirəcək
03 Yanvar 2017 / 10:19 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

Hazırda robotlaşdırılmış qurğunun sınaqları keçirilir

Hava limanında təhlükəsizliyin təmini məqsədini daşıyan yeni ikidilli qurğu real vaxt rejimində həqiqiliyi təsdiq edən avtomatlaşdırılmış virtual sistemdir (AVATAR).

Hazırda ABŞ alimləri Kanada Sərhəd Xidməti Agentliyi ilə birlikdə belə sərhəd təhlükəsizliyi sistemlərinin ölkəyə gələn şəxslərin gizli niyyətinin olmasını müəyyənləşdirməyə kömək etməsini aydınlaşdırmaq üçün robotlaşdırılmış qurğunun sınaqlarını keçirirlər.

Tədqiqat müəlliflərinin sözlərinə görə, sistemlə ünsiyyət aeroportda qeydiyyata və ya supermarketdə özünəxidmət kassası qarşısında hərəkətlərə bənzəyir. Alimlər qurğunu suallar verən virtual həmsöhbət monitoruna oxşar kimi təsvir edərək sual verilən sərnişinin fiziologiya və davranışda dəyişikliklərin qeydə alınmasını bildirirlər.

Sistem potensial riskin olması qənaətinə gəlməyə imkan verən göz, səs, jestlər və pozalarla əlaqədar xüsusi siqnalları aşkarlayır. Belə ki, sərnişinə bir sıra suallar verilir, dəyişiklikləri izləyən proqram təminatı isə cavabları təhlil edir, eləcə də yalanın və ya spesifik davranışın fiziki əlamətlərini müəyyənləşdirir. Həmçinin insanların tez-tez gözlənilən uçuşa görə əsəbi olmaları səbəbindən bazanın yoxlanılması üçün bir sıra sadə suallar verilir.

Alimlərin fikrincə, süni intellekt əsasında oxşar sistemlər təkcə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün deyil, eyni zamanda hüquq-mühafizə orqanlarında, müsahibələrin aparılmasında və insanlarla ünsiyyətlə əlaqədar digər sahələrdə istifadə oluna bilər. Alimlər sistemdə onu əksər sahələrdə potensial baxımdan qiymətli alətə çevirən təkmilləşdirmə işlərini davam etdirirlər./İCTnews

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə