Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurdu
Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurdu
03 Yanvar 2017 / 10:43 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib.

“Biz 2017-ci il, yanvarın sonunda Astana şəhərində keçiriləcək danışıqlara hazırlıqla bağlı bütün əlaqələri dondururuq”, bəyanatda qeyd olunub.

Sənəddə  bildirilir ki, Suriya ordusu ilə rəsmi Dəməşqi dəstəkləyən qüvvələr Hama, Deraa əyalətləri və Şərqi Quta regionunda atəşkəs rejimini dəfələrlə pozublar.

Dekabrın 29-da Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb. Atəşkəs rejimi dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minib. Bu ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə çoxtərəfli sülh danışıqlarının keçiriləcəyi planlaşdırılır.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə