Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Netenyahu sorğuya alındı – Ölkə qarışdı
Netenyahu sorğuya alındı – Ölkə qarışdı
03 Yanvar 2017 / 11:37 / Baxış sayı: 1492
Font1 Font2 Font3 Font4

İsrailin Baş naziri polisə ifadə verib.

arxiv.bizimxeber.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu korrupsiyaya qarşı mübarizə üçün yaradılan Lahav 433 qrupu tərəfindən 3 saatlıq sorğuya alınıb.

İsrail polisinin naziri sorğuya çəkmə səbəbi isə onun iş adamlarından bahalı hədiyyələr qəbul etmə iddiasıdır. Dünən gecə saatlarında Baş nazirin Qərbi Qüdsdə yerləşən iqamətgahına gələn polislər xəbərin mətbuata yayılmaması üçün çalışıblar.

Haretz qəzetində isə Netanyahunun yüz minlərlə şekel (1 dollar = 3,85 şekel) dəyərində rüşvət aldığı yazılıb.

Baş nazir sorğu gecəsi evinin önünə yığılan jurnalistləri təhdid edərək: “Mətbuat və televiziya kanallarında xəbər yaymadan öncə gözləyin. Onsuzda polislər heç bir nəticə əldə edə bilməyəcək. Unutmayın ki, biz İsraili idarə etməyə davam edəcəyik!.” deyə söyləyib.
Qeyd edək ki, bu iddialar doğru olarsa Baş nazirin vəzifəsindən istefa etməsi tələb olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə