Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İstanbuldakı terrorçunun ailəsi saxlanıldı – FOTO – YENİLƏNİB
İstanbuldakı terrorçunun ailəsi saxlanıldı – FOTO – YENİLƏNİB
03 Yanvar 2017 / 14:12 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

31 dekabr gecəsi İstanbulun məşhur “Reina” gecə klubuna silahlı basqın edib 40 nəfəri güllələyərək öldürən terrorçu ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bayram gecəsi qanlı cinayət törədən uyğur əsilli şəxs noyabr ayının 20-də təyyarə ilə Qırğızıstandan İstanbula gəlib. O, buradan Ankaraya və daha sonra Konyaya gedib və ayı 1100 lirə olan ev kirayə götürüb. Kirayə üçün 3 aylıq pulu öncədən ödəyən terrorçu iş axtaracağını deyib.

Dekabrın 29-da isə o, qətliam üçün İstanbula gəlib.

Terrorçunun şəkillərini görən 155 nəfər polisə zəng edərək onu gördüyünü deyib.

****

9:39

İstanbulda “Reina” gecə klubuna hücum edən şəxs 2016-cı ilin noyabr ayında Konyaya gəlibmiş. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,  bu barədə hüquq  mühafizə orqanları məlumat verib. Başqa bir məlumatda isə bildirilir ki, artıq terrorçunun  ailəsi polislər tərəfindən saxlanılıb.

Bu şəxsin uyğur türkü olması barədə də məlumatlar var. Terrorçu Türkiyəyə həyat yoldaşı və iki uşağını da özü ilə birgə gəlib. Bunu isə diqqət cəlb etməmək üçün edildiyi qeyd olunur.

“Reina” gecə klubuna hücum edən şəxs hələ də yaxalanmayıb. Axtarışlar davam edir. Xatırladaq ki,  bayram gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib.  Nəticədə 39 nəfər həlak olub. Onlardan 16-sı xarici vətəndaş idi.

Bu arada terrorçunun yeni fotoları da yayılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə