“Report”un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: “Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib”.

Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısına təhvil verilib

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

arxiv.bizimxeber.az