Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərəblərin qar sevinci və ya Şahdağda bir neçə saat – FOTOLAR
Ərəblərin qar sevinci və ya Şahdağda bir neçə saat – FOTOLAR
03 Yanvar 2017 / 17:52 / Baxış sayı: 1534
Font1 Font2 Font3 Font4

Azərbaycanlılar üçün hal-hazırda davam edən bayram günlərində ən sərfəli istirahət məkanı ölkə ərazisidir. Bahalaşan bilet qiymətləri, dollar defisiti, qonşu Türkiyədə terror təhlükəsi… Kim ölkəsindən ayağını kənara qoymaq istəyər ki? Ölkə iqlimində də qış turizmi üçün müsaid olan bölgələrin olduğunu nəzərə alanda seçimlər az deyil. 

ŞAHDAĞA GETMƏK ÜÇÜN – SEÇİM ÇOX, AVTOBUSA MİN GET… 
Musavat.com bayram günlərində Qusarda yerləşən Şahdağ Turizm Kompleksində olub. Yerli və xarici turistlərin daha çox üz tutduğu bu məkanda xizək həvəskarları ilə yanaşı, sadəcə yeni bir mənzərə həvəskarları da az deyil. Turistlərin təsnifatı barədə bir qədər sonra. Hələliksə onu deyək ki, paytaxtdan məsafə etibarilə Qusar yaxın  – 212 km məsafədə yerləşir. Minik maşını ilə gedənlər Qusar rayonundan yeni salınmış Ləzə magistral yolu vasitəsilə çox qısa vaxt ərzində mərkəzə çatmaq mümkündür. Maksimum 2-2.5 saata mənzilbaşına çatmaq olar.
Bakıdan Qusara doğru Bakı Beynəlxalq Avtovağzalının ikinci mərtəbəsindən hər gün səhər 7:00-dan axşam 18:00-a qədər hər yarım saatdan bir avtobuslar  yola düşür.  Avtobusla gediş haqqı 4 AZN-dir. Avtobusun sonuncu məntəqəsi Qusar rayon avtovağzalıdır.
Qusardan “Şahdağ” Turizm Mərkəzinə getmək üçün taksi xidmətindən istifadə etmək mümkündür ki, bunun üçün də 10-15 AZN ödəmək yetərlidir. Geri qayıdanda da eyni vasitələrdən istifadə etmək olar. Qusar rayon avtovağzalından Bakı şəhərinə yola düşən avtobuslar hər gün səhər saat 07:00-dan axşam saat 17:30-a qədər hər yarım saatdan bir yola düşür. Gediş haqqı 4 AZN-dir.
QUSAR OTELLƏRİ – YENİ İL PAKETLƏRİ ƏL YANDIRIR 
Bəli, çatdıq Şahdağa. İndi isə burdakı yeni il tarifləri, istirahət şərtləri barədə. “Şahdağ”da Yeni ili qarşılamaq müştərilərə 1120-1270 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək “Şahdağ”da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi və şam yeməyi daxildir. Eyni bölgədə yerləşən “Zirvə Hoteli”n də dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 1900 manatdır. Burada ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 990 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.
Qusarın digər məşhur otellərinin birində – “Pik Palace”da istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz. Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. Yeni il paketi iki nəfər üçün 1586 manatdır. Şənliyə əməkdar artist Tünzalə Ağayevanın solo-konserti, “Jazzberry” musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir.
Qusarda yerləşən “Park Chalet” otelində iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Yeni il günü isə iki nəfərə 306 AZN-dir. Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidir. Yeni şənliyi paketi 1090 manata başa gəlir.
22 MANATLIQ TUR, 1 KANAT YOLU 6 MANAT, XİZƏK 22 MANAT – PULUN VARSA… 
Şahdağa gələnlər arasında isə daha çox birgünlük avtobus turlarından istifadə edənlər üstünlük təşkil edir. Bu ilin qış mövsümündə “Şahdağ”a ilk turlar  dekabrın 17-18-dən başlanıb. Turun qiyməti 22 manatdır. Bura nəqliyyat, bələdçi xidməti, səhər yeməyi, avtobusda su və şirniyyat, professional fotosessiya daxildir. Tur zamanı 1 kanat yolundan istifadə 6 manatdır. Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. 16 manat ödəməklə istənilən kanat yolundan istənilən qədər istifadə etmək olar. Xizəyin kirayə qiyməti 22 manat təşkil edir. Xizəkdən istifadə qiyməti vaxta görə bölünmür, yəni 1 saatlıq və ya 1 günlük qiymət eynidir.
Digər qiymətlərə keçək. Şahdağa gələnlər eyni zamanda xizək izi maşınında da gəzirlər. Onun 1 saatı isə uşaqlar üçün 16 AZN, böyüklər üçün 26 AZN-dir. Hesab edək ki, kimsə sadəcə kirşədə sürüşmək istəyir. Bu halda kirşə kirayələmək mümkündür. Sadə kirşələr 15 AZN, taxta kirşələr 20 AZN, dəmir kirşələr 30 AZN təşkil edir. Aeroxizək turu istəyənlər isə onun 10 dəqiqəsi üçün 21 AZN, 20 dəqiqəsi üçün 36 AZN ödəmək lazımdır.
ƏRƏBLƏR QARI GÖRƏNDƏ SEVİNİR, İŞBAZLAR İSƏ ONLARI… 
Musavat.com-un əməkdaşları xizək mərkəzi istifadəyə veriləndən bəri bir neçə dəfə ordan reportaj hazırlayıblar. Bu ilin özəlliyi isə turistlərin kimliyində idi. Daha çox ərəb və iranlı turistlərin üstünlük təşkil etdiyi Şahdağda sonuncuların qarla necə davrandığını görmək, qar sevincinə şahidlik etmək isə bir başqa maraq mövzusu idi. Turizm kompleksindəki restoranlarda isə üstünlüyü yenə də böyük qruplarla gələn ərəblər təşkil edirdi. Birgünlük turlarla gələn yerli turistlər daha çox evdən gətirdikləri yeməklərlə ordakı açıq kafelərdə oturmağa və ordan bir stəkanı 2.50 AZN olan kağız stəkanlardakı çaylardan almağa üstünlük verirdi. İçəridəki kafelərdə 5 AZN ödəyib, bir fincan latte içmək istəyənlər üçün də seçim var idi. Amma xüsusi menyuları da unutmaq olmaz. Bəzi restoranlar ötən il olduğu kimi, iki fərqli menyu hazırlamışdı. Böyüklər üçün bu, 22 AZN, kiçiklər üçünsə 15 AZN-dir.  Sadə su 2 AZN, meyvə şirələri 3 AZN, cola 3 AZN.
Şahdağda arzuladığı formada əylənmək istəyənlər üçün bir neçə saat kifayət edir. Xüsusən uşaqlı ailələrin orda bir-iki saatdan artıq qalması o qədər də məsləhət deyil. Çünki uşaqlar məkanda daha çox qaldıqca arzuları da artır. Arzuların maddi qarşılığı isə yuxarıdakı tariflərdən də bəlli olur ki, o qədər də ucuz sayılmaz. Necə deyərlər, qar sevinci cibi soyutmadan məkanla sağollaşmaq ən arzuediləndir.
 
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə