Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı – Rəsmi açıqlama
Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı – Rəsmi açıqlama
04 Yanvar 2017 / 11:11 / Baxış sayı: 3104
Font1 Font2 Font3 Font4

Ötən gün Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı.

arxiv.bizimxeber.az hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:

 

“Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.

Həmin insanın Azərbaycanda olması ehtimal edildiyindən onlar tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyyatlı olsunlar”.

arxiv.bizimxeber.az 

Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama
Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə