Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İngiltərənin AB səfiri istefa verdi
İngiltərənin AB səfiri istefa verdi
04 Yanvar 2017 / 13:39 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4

İngiltərənin Avropa Birliyi səfiri vəzifəsindən istefa verdi. 

Financial Times nəşri İngiltərənin AB-dəki səfiri İvan Rogersin istefa verdiyini xəbər verib. Rogers ən son Brexitlə bağlı açıqlama  vermişdi. 

arxiv.bizimxeber.az məlumat verir ki, diplomatik çevrələrə istinadən verilən xəbərdə Rogersin İngiltərənin AB-dən ayrılıq müddətini düzənləyən anlaşmanın müzakirəsinin 10 il uzana biləcəyini bəyan etmişdi. İngilis diplomat belə bir anlaşmanın hazırlansa belə İngiltərə parlamentində qəbul edilməyəcəyini ifadə etmişdi.

Yuxarıda danışılan açıqlamalara görə Rogers çox ciddi tənqid olunmuşdu.

Təcrübəli bir diplomat olan Rogers AB dostu olaraq tanınır. İngilis mediasının xəbərlərinə görə isə Rogersin istefasının baş nazir Tereza Mayın kabinetində baş verən ixtilafla əlaqəli olduğu bildilir. Rogers ötən ilin əvvəlində İngiltərə, Avropa və beynəlxalq siyasətdə verdiyi töhfələrə görə xüsusi titulla mükafatlandırılmışdı.

arxiv.bizimxeber.az 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə