Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğandan döyülən modelyerlə bağlı AÇIQLAMA
Ərdoğandan döyülən modelyerlə bağlı AÇIQLAMA
04 Yanvar 2017 / 19:23 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan modelyer Barbaros Şansalın sərnişinlər tərəfindən döyülməsinə münasibət bildirib.

arxiv.bizimxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, prezident sarayında çıxışı zamanı Atatürk Hava Limanında hücuma məruz qalan modelyerlə bağlı məsələyə üstüörtülü münasibət bildirən Ərdoğan bunları deyib:
“Türkiyə bir hüquq dövlətidir. Kiminsə cəzalandırılması yalnız qanun çərçivəsində aparıla bilər. Heç kəs bunu küçənin ortasında istədiyi şəkildə edə bilməz”.
Qeyd edək ki, cinsi azlıq nümayəndəsi olan Barbaros sosial şəbəkə hesabında Türkiyədə baş verənləri sərt şəkildə tənqid etdiyi üçün Şimali Kipr Türk Cümhuriyyətindən deportasiya edilib. Atatürk Hava Limanında saxlanılan model sərnişinlər tərəfindən döyülüb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə