Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Telman İsmayılov 15 milyonluq iddianı uduzdu
Telman İsmayılov 15 milyonluq iddianı uduzdu
05 Yanvar 2017 / 15:21 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

APA-ya xəbər verir ki, “Asya İnşaat A.Ş.”, “Güçlü İnşaat Ltd” və “Ekodizayn İnşaat Peyzaj Ltd” şirkətləri T.İsmayılovun Antalyada inşa etdirdiyi “Mardan Palace” hotelinə qarşı məhkəmə iddiası qaldırıb.
İddiaya əsasən, sifarişçi hotelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, 3 şirkətə 13 mln. lirədən (6,5 mln. manat) artıq vəsait ödənilməlidir.
Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Hotelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.
Sonuncu məhkəmə prosesində hakim hotel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə “Mardan Palace” şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə (7,3 mln. manat) ödəməlidir.
arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə