Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qiyamçı hərbçilərin xanımları da həbs edildi – 31 ildə İLK
Qiyamçı hərbçilərin xanımları da həbs edildi – 31 ildə İLK
05 Yanvar 2017 / 15:48 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə iştirak edən və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu deyilən 105 hərbçinin həyat yoldaşlarının da saxlanılması haqda qərar verilib.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Prokurorluğunun verdiyi qərara əsasən 105 qadından artıq 74-ü həbs olunub.

Ankara baş prokurorun əmri əsasında Ankara Maliyyə Mübarizə Şöbə Müdirliyi nəzarət əməliyyatlarını yerinə yetirərkən şübhəlilər arasında müəllim, sosioloq, məsləhətçi, kompüter mütəxəssislərin olduğu öyrənilib. Şübhəli bilinən şəxslərdən 2-sinin yoldaşının polkovnik, 14-ünün podpolkovnik, 40-ının mayor, 40-ının kapitan və 4-ünün isə baş leytenant olduğu dəqiqləşdirilib. Onların həyat yoldaşları ilə birgə proseslərdə iştirak etdikləri aydınlaşıb.

Həmin şəxslərin kimliyi müəyyənləşdikdən sonra onların həbs olunması haqda qərar verilib. Hazırda 74 nəfər həbs olunub. Digərlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, belə bir əməliyyat Türkiyə tarixində 31 il sonra ilk dəfədir, aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə