Türkiyənin Baş naziri Binəli Yıldırımın bu gün İraqa planlaşdırılan səfəri təxirə salınıb.
arxiv.bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, Baş nazirin səfəri iki gün sonra baş tutacaq. B.Yıldırım Bağdadda yanvarın 7-də olacaq.
Səfər çərçivəsində Türkiyənin Baş naziri iraqlı həmkarı Heydər əl-Abadi, həmçinin İraqın kürd administrasiyasının Baş naziri Neçirvan Bərzani ilə görüşəcək.
Görüşlərdə Mosul əməliyyatının da müzakirə ediləcəyi gözlənilir.
arxiv.bizimxeber.az