Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirkət 30 işçini robotla əvəz edəcək
Şirkət 30 işçini robotla əvəz edəcək
05 Yanvar 2017 / 21:48 / Baxış sayı: 842
Font1 Font2 Font3 Font4

Yaponiya şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək

Yaponiyanın “Fukoku Mutual Life Insurance” sığorta şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək.

“IBM Watson” texnologiyası əsasında yaradılmış süni intellektə malik yeni “əməkdaşlar” hələ ki, ödənişlərin qiymətləndirilməsi bölməsində işləyəcəklər. Onlar tibb, sığorta haqqında hesabatlar və digər sənədləri emal edəcəklər. Daha əvvəl bu sənədləri 130-dan çox əməkdaş hazırlayırdı. Onlar ildə 130 mindən çox sığorta hadisəsini təhlil edirdilər.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, şirkətin süni intellektə keçidlə bağlı qərarı nəticəsində 34 əməkdaş ixtisar ediləcək və bu, ildə təxminən 1,2 milyon dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə