Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazir ikinci dəfə istintaqa ifadə verdi
Baş nazir ikinci dəfə istintaqa ifadə verdi
06 Yanvar 2017 / 0:22 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

İsrailin baş naziri Benyamin Netehyahu rüşvət ittihamı ilə ikinci dəfə istintaqa ifadə verib. 

Yediot Ahronot qəzetinin rəsmi internet saytında yerləşdirilmiş xəbərdə İsrailin iş adamlarından rüşvət aldığı və hədiyyələr qəbul etməsi şübhəsi ilə baş nazir Netenyahunun ikinci dəfə istintaqa ifadə verdiyi deyilir. 

İstintaqın Netenyahunun Kudüsdəki baş nazir məqamında baş tutduğu deyilən xəbərdə daha ətraflı məlumat verilmir.

arxiv.bizimxeber.az xəbər verir ki, Netenyahu bazar ertəsi günü İsrail polis təşkilatında korrupsiya ilə mübarizə məqsədilə qurulan “Lahav 433” qrupundan olan polislərə 3 saat ifadə vermişdi.

Rüşvət iddialarına daha sonra sosial media hesabından cavab verən Netenyahu “İllərdir mənə və ailəmə qarşı olan təzyiq və əziyyətlərin nəticəsində dünən heç bir şey çıxmadı. Heç bir şey də çıxmayacaq , çünki heç bir şey də yoxdur. ”

Netenyahunun haqqında olan ittiham doğrulanarsa adıkeçən şəxs baş nazir postunda istefa verməli olacaq.

 

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə