Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyənin xarici işlər nazirliyindən İncirlik açıqlaması
Türkiyənin xarici işlər nazirliyindən İncirlik açıqlaması
06 Yanvar 2017 / 10:58 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İncirlik bazasının bağlanması barədə açıqlama verib.

Açıqlamaya əsasən nazir bildirib ki, bazanın bağlanması məsələsi gündəmdə yoxdur. Pentaqonun mətbuat katibi Peter Kuk isə “koalisiyanın İncirlikdən istifadə etdiyi üçün minnətdarıq”-deyib.

Çavuşoğlu deyib: “İncirlik bazasının bağlanması məsələsi gündəmdə yoxdur. Xüsusilə də İŞİD-lə mübarizə üçün bazaya gələn dövlətlər bu dəstəyi verməyəcəklərsə, burada qalmalarının bir mənası yoxdur”.

Türkiyənin İŞİD-ə qarşı mübarizə apardığını vurğulayan nazir qeyd edib: “Fəqət son vaxtlar koalisiyanın hava dəstəyini görmürük. Əgər İŞİD-ə qarşı mübarizə üçün bir koalisiya qurmuşuqsa, niyə dəstək verilmir? Məqsəd nədir? Nə istəyirsiniz”.

Rakkadan Əl-baba gələn İŞİD terrorçularının koordinatlarını da verdiklərini deyən Çavuşoğlu bildirib: “Niyə vurmursuz? Bunu gözləmək bizim ən təbii haqqımız deyilmi? Bunlar olmadığı üçün xalqımız soruşur ki, dəstək vermirlərsə, İncirlik bazasından niyə istifadə edirlər?”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə