Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı qadınla İzmirdə ölən polisi nə birləşdirirdi?
Azərbaycanlı qadınla İzmirdə ölən polisi nə birləşdirirdi?
06 Yanvar 2017 / 12:14 / Baxış sayı: 2746
Font1 Font2 Font3 Font4

İzmirdə tərcüməçilik edən Günel Tahirli terrorun qarşısını alan polislə bağlı xatirəsini bölüşüb

Türkiyədə yaşayan Azərbaycanlı qadın İzmirdə ötən gün baş verən silahlı hücum zamanı canını fəda edərək böyük faciənin qarşısını alan qəhrəman polis Fethi Sekin haqqında xatirələrini paylaşıb. İstiPress-in “Hürriyət”ə istinadla verdiyi məlumata görə, şəhid polis Fethi Sekin ötən gün Ədliyyə binası önündə terrorçuları görüb. Terrorçular polisi görəndə maşından düşərək qaçmağa başlayıblar. Bu zaman qəhrəman polis silahı ilə onlardan birini vurub və son gülləsinə kimi mübarizə aparıb.

Türkiyədə çalışan azərbaycanlı qadının sosial media hesabında şəhid polislə bağlı paylaşdığı xatirəsi hər kəsi duyğulandırıb. “Azərbaycan qızı, türk gəliniyəm” deyən Günel Tahirli Cansu bunları yazıb və şəhid polislə bir ay öncə baş tutan dialoqundan bəhs edib:

“Tərcüməçilik etdiyim üçün tez-tez İzmir Ədliyyəsinə gedirəm. Bir neçə həftə öncə də bir prosesə qatılmalı idim. Maşınımı park edəcək bir yer tapa bilmədim. Ərazidə bir polis məmuru və maşını var idi. Prosesə gecikirdim. Pəncərəni açdım və ona dedim – “Qardaş, mən polisin tərcüməçisiyəm. Evdə körpəm var. Təcili prosesə qatılmalıyam. Kömək edə bilərsiniz?”.

Günel Tahirli

Günel Tahirli

O, öz maşınını geri çəkdi və onun yerində dayana biləcəyimi dedi. Uzaqbaşı bir saata çıxacağımı dedim. Məhkəmə bitdi, çıxdım, təşəkkür etdim. Mənə “ön şüşədə bir kağız var. Onu götürərsən”, dedi. Maşına doğru getdim “bu cəza olar?” deyə soruşdum. “Yox” dedi. “Cərimə yazmasınlar deyə qoydum. Cərimə gəlsə mən həmişə burdayam” dedi.

Bu gün partlayışda bir polisin şəhid olduğunu eşitdim və o anda ağlıma nədənsə o polis gəldi. Sonra öz özümə “yox, ola bilməz” dedim. Rəsmini görəndə maşındakı kağızda olan imzaya baxdım- Bəli, imza onun idi, şəhid olan Fethi Sekinin.

Yaxşılıqlar heç zaman unudulmur. Türk xalqının qüruru. Allah sənə rəhmət eləsin..”



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə