arxiv.bizimxeber.az-ın məlumatlna görə, müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən “bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan “bioloji ata”sını qəbul etmədiyini bildirirdi.
Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni “bioloji atası”na, “belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar. Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir.
Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir “ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur?
Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir.
Belə halları, ölkə başçısı İlham Əliyev, uşaqların müdafiəıçisi olan birinci xanım Mehriban Əliyeva və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir… Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar.
Videogörüntülərdən hər şey aydın görünür…
Hər vaxtınız xeyir. Xahiş edirəm görən hər kəs öz rəyini bildirsin bu qanun pozuntusuna. Axı bu uşağın taleyini niyə bizim məhkəmə icraçıları düşünmür? Onların övladları bu vəziyyətə düşsəydi necə hiss edərdilər özlərini? Bunların hərəkətinə özünüz qiymət verin. Paylaşın bu linki qoy hər kəs görsün bizim ölkədə nələrin baş verdiyini. Azyaşlı uşağa qarşı belə vəhşilik hansı qanunda yazılıb?
Bu nə vicdansızlıqdır? bu uşağın 10 yaşı var, Azərbaycan övladıdır. Heç düşmənin balasına bu hərəkəti etmək yaraşmır. Bu təhqir edən adamdır uşağın atası? O insandan ata olmaz , uşaq haqlıdır etmiyin bu zülmü körpəyə. Vallah baxdım üyəyim ağrıdı. Allah köməyi olsun bu şirin balanın
bu nə vəhşilikdir?icranın mümkünsüzlüyü deyilən bir anlayış var qanunda…bunların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir…
Salam . Bu videoya baxdım , çox pis hiss elədim özümü. Bu özünü ata sayan kimdisə videodan belə görürəm buna uşaq lazım deyil, uşaq istəyən belə vəhşiliklə almaz. Alsa da sonradan heç vaxt o uşağın sevgisini qazana bilməz. Bu uşağın və ordakı xanımın yanında belə söyüşlər söyür bundan necə ata olar? İndi uşaq o vicdansızın əlindədir? Bəs burdakı formada olan məhkəmə icraçıları hara baxır. Uşağa təzyiq göstərirlər , bu hansı qanuna sığır ay millət. Bunlar haqqında təcili tədbir görülməlidir. Bu uşağa kim baxırsa yazın hər yerə vermiyin buna . Əgər verilibsə çox təəssüf edirəm.
men bu vehsiliye sona qeder baxa bilmedim goresen bu vehsiliyitoreden icra memurlariallahi yada salirlarmi ar olsun bele atalara usaq korpeiken xeste ana ile birlikde cole atib on ilden sonra usaqlailk gorusu bele biabirci vezziyetdedir biz hamimiz bir olub bele gunahsiz usaqlari qorumaliyiq
bu milləti astan otxod adlandırır..məmuru da cinayət işləyir..yəni qorxumuz yoxdur…xalqın pulları ilə harınlaşırlar …gün gələr görərsiz cinayətkar tullantılar
bele icraçılar işdən uzaqlaşdırılmalıdır
Burda qeyri adi teecublenesi hecne yoxdur ki, atalar yaxwi deyib pulu veren duduyu calar.kimdi qanun huquq taniyan. qanun ozleri ucundu ki. awaqi tebeqeni kimsesizleri sindirsinlar. maraqli bular hansi eqideyle yawayir.
Video görüntü və yazı ilə yaxından tanış oldum. Bir vətəndaş və ixtisasca hüquqşunas olaraq bu məsələyə mövqe bildirməyi özümə borc bildim. Nurayın bu vəziyyətə düşməsinin əsas günahkarı özünü uşağın “anası” kimi aparan xalasıdır. Görüntüdən tam məlum olur ki, Nuray ciddi öyrədilib və təxribat yaradır. Məhkəmə icraçıları məhkəmə qərarını yerinə yetirməyə borcludurlar. Burada söhbət humanistlikdən yox, qanunun aliliyindən gedir. AR ailə məcəlləsinə uyğun olaraq əgər uşağın valideyinlərindən bir dünyasını dəyişibsə, uşaq digər valideyinin himayəsinə verilməlidir…. 10 yaşında Nuray hələ heç nəyi dərk etmir, həyatda nələrin baş verdiyindən xəbərsizdir. Sadəcə xalasının təsiri altına düşərək öz doğma atasına qarşı kobud hərəkət edir. Zaman gələcək bu balaca qızcığaz necə böyük səhv etdiyini anlayacaq və atasından üzr istəyəcək, xalası isə öz vicdanı və Allah qarşısında cavab verməli olacaqır. Əti dırnaqdan ayırmaq olmaz…. Həyatda valideyini, doğma atanı, ananı əvəz edəcək digər qohum yoxdur. Çox təssüb edirəm ki, jurnalist də əsas məqamı nəzərdən qaçırıb. Buna oxşar çox qədimlərdə baş vermiş bir hadisə yadıma düşdü. Bir gün iki qadın bir uşağın onların olması ilə bağlı ciddi mübahisə edirlər. Onların mübahisələri o qədər böyüyür ki, söhbət çar Salomona gəlib çatır. Çar hər iki qadını saraya dəvət edir və onları axıra kimi dinləyir. Uşağa iddealı olan hər iki qadın, ayrılıqda uşağın onunku olduğunu ciddi cəhdlə Salomona subut etməyə çalıçır. Bu halda Salomon qadınlara belə bir təklif edir. Yaxşı əgər siz öz aranızda razılığa gələ bilmirsinizsə onda mən uşağı tam yarıdan böldürüb hər parasını birinizə verərəm. Qadınlardan biri buna tez razılaşır. Uşağın doğma anası isə, uşağın sağ qalması xatirinə öz övladından imtina edir. Beləlikə çar Salomon uşağın əsil anasının kim olduğunu müəyyənləşdirərək, uşağı alıb onu bioloji anasına verir. Mən tam inanıram ki, bu hadisədə də əgər məhkəmə qərar vermiş olsaydı ki, Nurayı ortandan bölsünlər. Onada xalası bu qərarla razılaşar, doğma atası qızın sağlığı xatirinə öz doğma balasından imtina edərdi.
Yoldaş hüquqsünaş. Siz prosessi düşgün anlamamısız. O “ata” Nuraya uşaq vaxtı sahib çıxmayıb. Anası xəstə olarkən övladını və uşağını atıb başqası ilə evlənib. 10 il uşağı ilə maraqlanmayıb. İndi ayılıb ki, qızım var. Burda heç bir təxribatdan söhbət belə getmir. Uşağa qarşı zor tərbiq etmək sadəcə oğraşlıqdır. Burda qanun falan yoxdur.
Saytdakı materialların istifadəsi zamanı istinad vacibdir.