Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə “İkinci Suriya”ya çevrilə bilər – TƏHLİL
Türkiyə “İkinci Suriya”ya çevrilə bilər – TƏHLİL
06 Yanvar 2017 / 15:39 / Baxış sayı: 6122
Font1 Font2 Font3 Font4
Sonuncu belə hadisə ötən gün İzmirdə məhkəmə binasının qarşısında törədilən partlayış oldu. Milliyətçi Hərəkat Partiyasının (MHP) ölkə parlamentinə təqdim etdiyi hesabatda deyilir ki, 2015-ci ilin yayından 2017-ci ilin yanvarına qədər Türkiyə ərazisində gerçəkləşdirilən terror aktları və silahlı hücumlar zamanı 593 dinc sakin, 538 hərbçi, 303 polis, 63 mühafizəçi həlak olub. Bu isə ümumilikdə, 1512 insanın zorakı ölümü deməkdir.

Amma bu da son deyil. İyul ayında dövlət çevrilişi cəhdi zamanı həlak olan 5 hərbçi, 62 polis və 173 dinc sakini, “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyada həlak olan 43 əsgəri də hesabata daxil etsək, bu rəqəm 1795 olacaq. İstənilən ölkə üçün bu kifayət qədər ciddi itkidir və ilk növbədə həmin ölkənin xüsusi xidmət orqanlarının zəifliyinin göstəricisidir.

İstər PKK, istərsə də İŞİD asanlıqla İstanbul, Ankara, Kayseri, qaziantep, İzmir kimi böyük şəhərlərin mərkəzinə daxil olaraq, öz silahlı aksiyalasını asanlıqla həyata keçirə bilirlər. Xüsusi xidmət orqanlarının, o cümlədən MİT-in (Milli İstihbarat Təşkilatı) terror aktlarının qarşısını ala bilməməsinin səbəbi kimi ötən ilin iyulundakı dövlət çevrilişi cəhdindən sonra çoxlu sayda professional kəşfiyyatçının “fətullahçı” (FETO) təşkilatla əlaqələrdə ittiham olunaraq işini itirməsi göstərilir.

Professional kadrlarını itirən təhlükəsizlik qüvvələri isə ölkəni bürüyən terror dalğası qarşısında aciz vəziyyətdə qalıblar. Bununla yanaşı, Türkiyənin Suriyaya hərbi müdaxiləsi, 3 milyondan artıq qaçqını öz ərazisində yerləşdirməsi də ölkədəki ictimai-sosial durumun kəskinləşməsinə şərait yaradıb. Qaçqınlar arasında İŞİD və PYD-nin gizli üzvü olan şəxslərin gəlməsi onların identifikasiyasını çətinləşdirən amillərdən sayılır.

İstnəilən halda, 2017-ci ildə də Türkiyədə qeyri-stabil durumun davam edəcəyi və ölkəni yeni terror hücumlarının sarsıdacağını gözləmək olar. Bu təhlükələrə qarşı rəsmi Ankara təhlükəsizlik sahəsində ciddi islahatlara getməli və Qərb ölkələri, xüsusən ABŞ-la kəşfiyyat sahəsində məlumat mübadiləsini daha da intensivləşdirməlidir. Əks halda, terror aktlarının sayı və miqyası təhlükəli həddə gələcək və Türkiyəni ikinci Suriyaya çevirəcək.

Türkiyədəki qeyri-stabillik isə Yaxın və Orta Şərqin, həmçinin Balkanların, bir sözlə, dünyanın geopolitik mənzərəsində əsaslı deformasiyalara səbəb olacaq. Türkiyə tarixinin ən təşvişli dönəmlərindən biri yaşayır. Ölkə son 18 ayda PKK, İŞİD və digər terror qruplaşmalarının silsilə  hücumlarına məruz qalıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə