Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

`Rusiya seçkilərdə Klintona mane olub` – ABŞ Kəşfiyyatı
`Rusiya seçkilərdə Klintona mane olub` – ABŞ Kəşfiyyatı
07 Yanvar 2017 / 10:23 / Baxış sayı: 1300
Font1 Font2 Font3 Font4

Moskva ABŞ-da keçirilən seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin birgə hazırladığı hesabatda bildirilib: “Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”.

Hesabatda həmçinin qeyd olunur ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur.

Dekabrın 10-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müəyyənləşdirib ki, Rusiya Donald Trampın qalib gəlməsi üçün ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib.

MKİ Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. MKİ bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trampın seçkilərdə qalib gəlməsinə yardım etmək olub. Daha əvvəl ABŞ KİV-ləri və FTX dəfələrlə Demokratlar partiyasının serverlərinin rus hakerlər tərəfindən sındırıldığını bəyan edib.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. (az.vision.az)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə