Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İstirahət günü hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
07 Yanvar 2017 / 12:35 / Baxış sayı: 876
Font1 Font2 Font3 Font4

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, bəzi yerlərdə duman, gecə çiskinli olacaq.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14°, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə