Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubanın deputatı araşdırma aparır – “Bu, bizə yaraşan hərəkətlər deyil”
Qubanın deputatı araşdırma aparır  – “Bu, bizə yaraşan hərəkətlər deyil”
07 Yanvar 2017 / 12:58 / Baxış sayı: 2224
Font1 Font2 Font3 Font4

“Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram”.

Bunu arxiv.bizimxeber.az-a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib. O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: “Lap tutaq ki, məhkəmə qərar qəbul edib… İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə