Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir barmaq izi də buraxmayan “Reina” terrorçusu BUNU UNUTDU
Bir barmaq izi də buraxmayan “Reina” terrorçusu BUNU UNUTDU
09 Yanvar 2017 / 10:36 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4

“Reina” terrorçusu hadisə zamanı əlcəkdən istifadə etdiyi üçün barmaq izi buraxmayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, terrorçunun kimliyi hadisə yerində çıxardığı papağındakı saç nümunələrindən təsbit edilib.

Yeni il gecəsini qana boyayan İŞİD-çi “Xorasani” kod adlı terrorçu Abdulkadir Maşaripovu tapmaq üçün hərəkətə keçən təhlükəsizlik orqanlarının əməkdaşları maraqlı detallar əldə ediblər. Terror təşkilatının təhsil üçün istifadə etdiyi bir evdə tutulan şübhəlilərin bir qisminin “Reina” terroru ilə əlaqəli olduğu məlum olub. İstintaq zamanı terrorçunun ərəb, rus və özbək dillərində yaxşı danışdığı ortaya çıxıb.

Əlcək taxdığı üçün hadisə yerində hər hansı bir barmaq izi tapılmayan qatilin şəxsiyyəti “Reina”da çıxartdığı papağındakı saç və toxuma nümunələrindən təsbit edilib.

Terrorçunun hücumda istifadə etdiyi silahın seriya nömrəsini sildiyi də təyin olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə