Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın 10 ən təhlükəli ölkəsi – SİYAHI
Dünyanın 10 ən təhlükəli ölkəsi – SİYAHI
15 Yanvar 2017 / 10:02 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4

Kanadanın turizm üzrə agentliyi dünyanın 10 ən təhlükəli ölkəsinin adını çəkib.

Antireytinqdə 10-cu yerdə Yəməndir.

Ekspertlər bu ölkəyə daimi baş verən terror aktlarına və yerli qanunvericiliyin xüsusiyyətlərinə görə getməməyi məsləhət görürlər.

Doqquzuncu və səkkizinci yerlərdə müharibə vəziyyətində olan Suriya və Əfqanıstandır.

Reytinqdə sonrakı yerlərdə Burundi, Nigeriya və Cənubi Sudandır.

Dördüncü yerdə Somalidir.

Mali və Çad üçüncü və ikinci sıradadır. Bu ölkələrə yalnız sülhməramlıların getməsi tövsiyə olunur.

Antireytinqin lideri Mərkəzi Afrika Respublikasıdır.

Agentlikdə qeyd edirlər ki, bu ölkəyə gedən əcnəbilərin sağ və zərər görmədən qayıtmaq şansı yoxdur. (modern.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə