Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluq: ANS rəhbərliyi barəsində cinayət işi başlanmayıb
Baş Prokurorluq: ANS rəhbərliyi barəsində cinayət işi başlanmayıb
09 Yanvar 2017 / 16:43 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4

Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb. Bu barədə BakıPost.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, bununla bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyil. 

“Belə ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə edilmişdir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə