Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Baku Bus”un avtobusu ağır qəza törətdi: ölən var – YENİLƏNİB
“Baku Bus”un avtobusu ağır qəza törətdi: ölən var – YENİLƏNİB
10 Yanvar 2017 / 10:51 / Baxış sayı: 1884
Font1 Font2 Font3 Font4
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.  Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

***
5:19

Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib. Hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb. “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib. Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə