Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Odda yanmaz, suda batmaz kağız kəşf olundu
Odda yanmaz, suda batmaz kağız kəşf olundu
15 Yanvar 2017 / 12:14 / Baxış sayı: 884
Font1 Font2 Font3 Font4

Çinli alimlər maraqlı kəşfə imza atıblar.

Çin Elmlər Akademiyası nəzdində Şanxay Keramika İnstitutunun professoru Çju İnçzenin başçılıq etdiyi tədqiqatçılar qrupu alovda yanmayan və suyun təsirinə davamlı kağız yaratmağa müvəffəq olublar.

Tədqiqatçıların fikrincə, bu nadir materialın dünyada analoqu yoxdur. Yeni yaradılmış qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm struktura malikdir və ekstremal şəraitdə mexaniki zədələrə məruz qalmır. Müəlliflər artıq bu ixtiraya patent almaq üçün sorğu göndəriblər.

İxtiraçıların sözlərinə görə, yeni material 200 dərəcə Selsi temperatura davam gətirir. Kağız öz strukturu sayəsində mexaniki zədələndiyi halda belə suyu özünə hopturmur. Süd, qəhvə, şirə və ya çayla təmas zamanı material üzərində heç bir iz qalmır. Xüsusi mühüm sənədlərin saxlanılmasında, küçələrdə reklam lövhələrində bu materialdan istifadənin daha əlverişli olduğu bildirilir. (trend)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə