Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda reperin əyləncə mərasimində kütləvi dava
Bakıda reperin əyləncə mərasimində kütləvi dava
10 Yanvar 2017 / 14:09 / Baxış sayı: 1532
Font1 Font2 Font3 Font4
Bakıda gecə klubunda tanınmış reperin iştirakı ilə keçirilən əyləncə mərasimində kütləvi dava düşüb.
Report-un xəbərinə görə, hadisə Binəqədi rayonunda “Legendary club”da qeydə alınıb.
Tanınmış reper Ramil Nabranın klubda çıxışı zamanı 12 nəfər naməlum şəxs içəri daxil olaraq dava salıb. Naməlum şəxslər klubun pəncərələrinin şüşələrini qırıb. Onlarla klub rəhbərliyi və ofsiantlar arasında əlbəyaxa dava düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəlib. R.Nabran və klubda iştirak edən qonaqlar ərazidən uzaqlaşdırılıb.
Davanın səbəbinə gəlincə, şahidlər bildirib ki, R.Nabrana digər klubda çıxış etmək təklif olunub. Lakin o, həmin klub rəhbərliyinin təklifini qəbul etməyib. Bundan əsəbləşən qarşı tərəf “Legendary club”da dava salıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, dava salan şəxslər sərxoş vəziyyətdə olub. Üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Reper Ramil Nabran isə açıqlamasında belə bir hadisənin baş verdiyini, lakin davanın onunla əlaqəsi olmadığını bildirib: “Gecə yeni başlayırdı, oxumağa başlamaq istəyirdim ki, dava düşdü və biz də oradan çıxdıq”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə