Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevgilisiylə qaçan rəis gəlinindən ŞOK VİDEOMÜRACİƏT – “Özümüzü öldürəcəyik!”
Sevgilisiylə qaçan rəis gəlinindən ŞOK VİDEOMÜRACİƏT – “Özümüzü öldürəcəyik!”
10 Yanvar 2017 / 14:44 / Baxış sayı: 2722
Font1 Font2 Font3 Font4

Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovun, sevgilisi ilə qoşulub qaçan keçmiş gəlini videomüraciət yayıb.

BakiPost.az xəbər verir ki, Günay Məmmədova adlı gənc qız öz istəyi ilə sevgilisi Elnur Əhmədovun yanında olduğunu, xoşbəxt olmaq istədiyini dilə gətirib.

Məlumata görə, 5 ildir, bir-birini sevən cütlük ailəsi Günayı məcburən başqası ilə evləndirmək istədiyi üçün qaçmaq qərarına gəlib. Elnur Əhmədovun valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir, bu səbəbdən polisə müraciət ünvanlayıblar.

Gənclər isə öz istəkləri ilə bir yerdə olduqlarını sübur etmək məqsədilə video çəkərək internetə yerləşdiriblər.

Xatırladaq ki, BakiPost.az bir müddət əvvəl Ağcabədidə polis rəisinin gəlininin sevgilisi ilə qoşulub qaçdığı barədə Azərbaycanda şok olay- RƏİSİN GƏLİNİNİ QAÇIRDILAR başlıqlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Daha sonra isə oğlanın yaşadığı evin polis mühasirəsində olduğu, qızın geri qaytarılmasının tələb olunduğu bildirilirdi.

Məlumat üçün bildirək ki, Günay Məmmədovanın atası Şahin Məmmədov Ağcabədidəki restoranlardan birinin sahibidir.

Gənclərin yaydığı videomüraciəti təqdim edirik:

arxiv.bizimxeber.az



Sevgilisiylə qaçan rəis gəlinindən ŞOK VİDEOMÜRACİƏT – “Özümüzü öldürəcəyik!” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə