Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident banklardan danışdı: “Tədbirlər görüləcək”
Prezident banklardan danışdı: “Tədbirlər görüləcək”
10 Yanvar 2017 / 15:28 / Baxış sayı: 3046
Font1 Font2 Font3 Font4

“Bu il bank sektorunun sağlamlaşdırılması ilə bağlı geniş tədbirlər görüləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib. 

Dövlət başçısı qeyd edib ki, 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir: “Həmçinin bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlər görüləcək. Sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsi əhəmiyyətlidir. Eyni zamanda istehsal olunan məhsullar üçün yeni bazarların tapılması da vacibdir”.

Prezident İlham Əliyev həmçinin inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini deyib: “Bu proses insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət edir.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzil inşa olunacaq. Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə isə start verilib.

Eyni zamanda “Ağ şəhər” layihəsi uğurla icra olunub. Qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işləri aparılacaq, ictimai yerlər yaradılacaq”.

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirib: “Ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılması diqqət mərkəzində saxlanılır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə