Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək
Mərkəzi Bank valyuta bazarına  müdaxilə etməyəcək
10 Yanvar 2017 / 17:39 / Baxış sayı: 948
Font1 Font2 Font3 Font4

“Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta bazarına birbaşa müdaxilə etməsi yanlış qərar olar”. 

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi verib. O həmçinin, uçot dərəcəsinin artırılmasının iqtisadiyyata zərər verəcəyini bildirib.

Xatırladaq ki, bu gün TCMB valyutada olan məcburi ehtiyatlar üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldıb. Bununla da TCMB bank sisteminə əlavə 1,5 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb. Bu qərardan sonra valyuta bazarında dolların məzənnəsi 3,7880 TRY/USD səviyyəsindən 1,3% azalaraq 3,74 TRY/USD-yə enib. Lakin hazırda dünya bazarında dolların məzənnəsinin müşahidə olunan möhkəmlənməsi lirəyə təsirini davam etdirib və Türkiyədə dolların məzənnəsi 3,77 TRY/USD-ni ötüb.

“Report”un analitik qrupu TCMB-nin uçot dərəcəsini artıracağı təqdirdə dolların məzənnəsinin daha da yüksələcəyini proqnozlaşdırır.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə