Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama ABŞ-ın dünyada əsas rəqiblərini açıqladı
Obama ABŞ-ın dünyada əsas rəqiblərini açıqladı
11 Yanvar 2017 / 9:56 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə, qeyd edib ki, Moskva və Pekinin beynəlxalq arenadakı təsiri ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz.  B.Obama bu barədə Çikaqoda çıxışı zamanı bildirib.

Amerika lideri həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə,  demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrinin yaranmasına gətirib çıxara bilər.
Obama bundan başqa İslam adı altında çıxış edən fanatiklərin və bəzi ölkələrdə hakimiyyətdə olan diktatorların hüququn aliliyi və insan haqlarına əməl olunma prinsiplərinə əsaslanan dünya nizamına təhlükə yaratdığını vurğulayıb: “Bu təhdidlər ABŞ üçün minalanmış avtomobil və ya raketdən daha böyük təhlükə yaradır”.
Obama çıxışında İŞİD terror qruplaşmasının darmadağın olunacağına əmin olduğunu bildirib. Barak Obama yanvarın 20-də postunu tərk edəcək. ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə