Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xərçəngi məhv etmənin yolu tapıldı
Xərçəngi məhv etmənin yolu tapıldı
12 Yanvar 2017 / 22:47 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4

Yeni kəşf sınaq mərhələsindədir

Böyük miqdarda C vitamini xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. İstiPress-in “pravda.ru”ya istinadla verdiyi məlumata görə, Amerikanın Ayova Universitetinin alimləri bu qənaətə gəliblər.

Hazırda bu nəzəriyyə könüllülər üzərində kliniki sınaq mərhələsindədir. Artıq o labarator mühitdə özünü təsdiqləyə bilib.

Ekspertlər müəyyən ediblər ki, sağlam hüceyrələrdə katalaza fermentinin miqdarı çoxdur və bunun üçün də potensial ölümcül hidrogen pereksidi asanlıqla ziyansız su və oksigenə parçalayır. Xəstə adamlarda isə bu ferment az olur. Nəticədə xəstə hüceyrələr sağlamları da məhv edir.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, C vitaminini damardaxili qəbulu effektiv şəkildə xərçəng hüceyrələrini məhv edir. Amma maraqlıdır ki, eyni təsiri həblər göstərə bilmir.  Belə ki, həzm traktı zamanı vitamin parçalanır və qanla şişlərə çata bilmir.

C vitamini immun sistemini gücləndirən ən effektiv yollardandır.  Bu vitamin infeksiya və bakteriyalardan qoruyur, infarkt riskini azaldır, soyuqdəyməyə qarşı immuniteti gücləndirir, yara və yanıq izlərini tez sağaldır, diş əti qanamalarında faydalıdır, damarları gücləndirir, xolestrolu tənzimləyir.

Hazırda bu vitamini təbii yolla qəbul etmək üçün ən ideal zamandır. Belə ki, vitamin daha çox  narıncı meyvələrdə – portağal, naringi, limon, qabaq, qreyfrutda boldur. Kivi, ananas, brokoli kimi məhsullar da C vitamini ilə zəngindir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə