Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Beşmərtəbə”də yenə yola dəyişiklik edildi
“Beşmərtəbə”də yenə yola dəyişiklik edildi
12 Yanvar 2017 / 15:33 / Baxış sayı: 1026
Font1 Font2 Font3 Font4

Yasamal rayonunda “Beşmərtəbə” adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb.

arxiv.bizimxeber.az  xəbər verir ki, bu barədə “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar “Beşmərtəbə” dairəsində xronometraj aparılır:

“Çox güman ki, bu özünü doğruladacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə