Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan Rusiyanı vandalizmdə günahlandırır
Gürcüstan  Rusiyanı vandalizmdə günahlandırır
12 Yanvar 2017 / 16:11 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4

Gürcüstan prezidenti Rusiyanın Abxaziyada törətdiyi dağıntılara etirazını bildirib.

Yanvarın 3-də rus əsgərləri Abxaziyanın Tsebelda kəndində salınacaq dəmiryoldan ötrü bir kilsəni və polyak məzarlığını dağıdıblar. Əsgərlərin buldozerləri məzarlığı yerlə-yeksan edib. Dağıdılan kilsə isə XIX əsrə aid imiş, Abxaziyanın mədəni irsi siyahısına salınıbmış.

Gürcüstan prezidenti Giorgi Margvelashvili-nin yaydığı bəyanatda Rusiyanın təcavüzkar qüvvələrərinin Abxaziyada bilərəkdən vandalizmlə məşğul olduğu deyilir. Gürcüstanın Xarici İşlər Nazirliyi isə dağıntıları ölkə suverenliyinə və ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirib.

Abxaziya, həmçinin Cənubi Osetiya 2008-ci ildə–Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ayrılıb, müstəqilliyini elan edib. Rusiya onların müstəqilliyini tanıyıb, hər ikisinin ərazisində hərbi qüvvə saxlayır.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə