Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzərdəki yanğınla bağlı -AÇIQLAMA
Xəzərdəki yanğınla bağlı -AÇIQLAMA
12 Yanvar 2017 / 16:53 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində istilənmə müşahidə edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”, – deyə gəmiçiliyin məlumatında əlavə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl  “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə