Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aleksandr Lapşin Azərbaycandan üzr istəyə bilər
Aleksandr Lapşin Azərbaycandan üzr istəyə bilər
12 Yanvar 2017 / 18:32 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

İsrailin Belarusdakı konsulu Yuliya Raçinskaya müvəqqəti saxlanma təcridxanasında saxlanılan bloqqer Aleksandr Lapşinə baş çəkib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, İsrail Parlamentinin (Knesset) deputatı Kseniya Svetlova başçəkmənin onun və xarici işlər nazirinin müavini Tsipi Xotovelinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

K. Svetlova əlavə edib ki, məhkəmə bloqqerlə bağlı hələlik qərar çıxarmayıb.

O, problemin həll olunması üçün Belarus və Azərbaycan tərəfi ilə danışıqlar apardığını da qeyd edib.

Deputatın sözlərinə görə, bloqqer azadlığa buraxılmasına zəmanət verildiyi və ekstradisiya tələbi geri götürüləcəyi halda, Azərbaycan tərəfindən üzr istəmək variantını nəzərdən keçirə biləcəyini bəyan edib.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə