Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Britaniyalı kəşfiyyatçı həyatından qorxur
Britaniyalı kəşfiyyatçı həyatından qorxur
12 Yanvar 2017 / 18:57 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4

Britaniya Kəşfiyyatının keçmiş əməkdaşı evini tərk etmək məcburiyyətində qalıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa qarşı şübhəli materialların müəllifi olan, Britaniya Kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stil həyatının təhlükədə olduğunu deyir.

Eks-kəşfiyyatçı evini tərk etmək məcburiyyətində qalıb.

Hazırda Britaniyada yerləşən “Orbis Business Intelligence” şirkətinin əməkdaşı olan Stil, Rusiya Xüsusi Xidmət Orqanları tərəfindən Trampa qarşı materialların toplandığını sübut edən 35 səhifəlik hesabat hazırlayıb. Araşdırmanı əvvəlcə, Trampa qarşı olan Respublikaçılar, daha sonra isə Demokratlar maliyyələşdirib.

Teleqraf“, Stilin yaxın ətrafına istinadən yazır: “Keçmiş kəşfiyyat zabiti, adının amerika KİV-lərində yayılmasından sonra həyatının təhlükədə olduğunu düşünür. 52 yaşlı Kristofer Stil çərşənbə günü səhər saatlarında Saredə yerləşən evini tərk edib. O, Moskvanın təhlükəli reaksiyasından qorxur”.

Teleqraf yazır ki, eks kəşfiyyatçı adının məşhurlaşmasından bir neçə saat əvvəl çamadanlarını yığaraq təcili evini tərk edib. Pişiyini isə qonşusuna verərək, bir neçə gün evdə olmayacağını deyib”.

"BuzzFeed" nəşri

“BuzzFeed” nəşri

ABŞ prezidenti Donald Trampın ünvanına səslənən ittihamlarla dolu anonim sənədlər “BuzzFeed” portalında nəşr olunub. Portalın məlumatına görə, informasiya artıq bir neçə aydır ki, siyasi hakimiyyət dairələrində, Xüsusi Xidmət Orqanlarında  və bir neçə KİV-də dolaşır.

Trampın özü isə “BuzzFeed” saytını “zibil yığını”, orada çalışanları isə “vicdansız insanlar”adlandırıb və deyib ki, belə KİV-lərin insanları necə “məhv etdiyinin” şahidi olub. Onun sözlərinə görə, “BuzzFeed” buna görə cavab verəcək.

Dmitri Peskov

Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat sözçüsü Dmitri Peskov bu məlumatları cəfəngiyyat adlandırıb. O, Rusiya hakimiyyətində Trampa zərər verəcək heç bir məlumatın olmadığını, bu xəbərlərin isə Rus-ABŞ münasibətlərinə zərbə vuracağını deyib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə