Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama daha bir mübahisəli qərar verdi
Obama  daha bir mübahisəli qərar verdi
13 Yanvar 2017 / 9:26 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.

“Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar”, – deyə bəyanatda qeyd olunur.

Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib.  Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da “yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə