Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəb direktorunun səs yazısı yayıldı – “Gəl yanıma…” – AUDİO
Məktəb direktorunun səs yazısı yayıldı – “Gəl yanıma…” – AUDİO
13 Yanvar 2017 / 13:12 / Baxış sayı: 3340
Font1 Font2 Font3 Font4

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səs yazısı üzə çıxıb.

arxiv.bizimxeber.az xəbər verir ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səs yazısını musavat.com-a təqdim edib. Direktora aid olduğu iddia edilən səs yazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: “Sənin işini, zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən… Ona baxmaq mümkündür. İstəyirsən, gəl, burada söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu… (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500… Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim, düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də, getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin, burada söhbət edərdik”.

Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb.

Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib.

Təhsil Nazirliyi baş vermiş qalmaqal ilə bağlı ciddi araşdırma aparıldığı barədə məlumat yayıb. Ölkə.az saytının məlumata görə isə, direktor Akif Namazov artıq işdən azad edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə