Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müğənnilərə görə gürcü qanuni oğru işə qarışdı – Bakıda
Müğənnilərə görə gürcü qanuni oğru işə qarışdı – Bakıda
13 Yanvar 2017 / 14:56 / Baxış sayı: 3364
Font1 Font2 Font3 Font4

Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərüatı məlum olub.

Naməlum şəxslər yanvarın 11-də Binəqədi rayonunda “White Palace” şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən məhşur müğnni Ramal İsrafilovu izləyiblər.
Onun toy sahibindən qonarar aldığını görən naməlum şəxslər müğənni saraydan çıxandan sonra onun axrasınca gediblər və izləməkdə davam ediblər. Daha sonra R.İsrafilovun qarşısını kəsib, hədə-qorxu gələrək cibindəki pulları alıblar.
Digər hadisə eyni rayonda yanvarın 7-də qeydə alınıb. Belə ki, “Şeron” qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və qrupun digər 2 üzvü çay evinə dəvət edilib. Məlum olub ki, “Şadan” qrupunun üzvü Məmmədli Aslan atası Rəhim Məmmədlinin adına olan iaşə obyektini 53 000 manata satıb. Məqsəd pulu əldə edərək studiya açmaq olub. Lakin qrupun üzvü bu pulu əldə edərək obyekti yeni sahibinə verməkdən imtina edib. Buna cavab olaraq obyekti 53 000 manata alan şəxs pulunu tələb edib.
Pulunu ödədəyi halda iaşə obyektini təhvil ala bilməyən şəxs Gürcüstandan “qanuni oğru” dəvət edib. “Qanuni oğru” qrupun üzvlərinə hədə-qorxu gələrək pul tələb edib. Vəziyyətin çətin olduğunu görən “Şadan” qrupunun üzvləri onlara verilən vaxt ərzində pulu geri qaytarmağa məcbur olublar.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə