Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzi Bankın valyuta ehtiyatı 9 ilin minimumuna endi: Bizi nə gözləyir?
Mərkəzi Bankın valyuta ehtiyatı 9 ilin minimumuna endi: Bizi nə gözləyir?
13 Yanvar 2017 / 15:53 / Baxış sayı: 1038
Font1 Font2 Font3 Font4

“Mərkəzi Bankın valyuta ehtiyatı dekabr ayında pisxoloji həddi keçib və 3 milyard 974,4 milyon dollara düşüb”.

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, azalma 0,9% olub: 

“Bununla da Bankın ehtiyatlı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub. Ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb”.

Ekspert bildirib ki, Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib: 

“Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq”.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə