Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda supermarket müştəriləri necə aldadır? – FOTOFAKT
Bakıda supermarket müştəriləri necə aldadır? – FOTOFAKT
13 Yanvar 2017 / 16:06 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4

Paytaxtda yerləşən iri “Fresco”  supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.

Lent.az xəbər verir ki, istehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul  piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.

Belə ki, alıcının aldığı bananın üzərindəki kağızda qiymət 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olaraq qeyd edilib.

Sosial şəbəkədə paylaşılan bu fotunu sizlərin də diqqətinə çatdırırıq. Qeyd edilən tarixə və rəqəmlərə diqqətlə nəzər salın. Göründü kimi, qiymətlər arasında böyük uyğunsuzluq müşahidə edilir.

Qeydə alınan  bu qiymət uyğunsuzluğunun qanun pozuntusu olduğunu deyən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev Lent.az-a bildirib ki, məhsulun üzərindəki kağızda qeyd edilmiş qiymətlə kassada verilmiş qəbzdəki qiymət eyni olmalıdır: “Belə olmaması isə qanun pozuntusu sayılır və bununla bağlı tədbirlər görülməlidir”.

A.Əliyev vurğulayıb ki, eyni zamanda istehlakçılar bu hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə